Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturunun mövsüm normalarından artıq olması ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistan Meteorologiya İdarəsinin (IMD) məlumatında deyilir.

Məlumata görə, dünən Yeni Dehlidə hava istiliyi 44 ilə 47 dərəcə arasında ölçülüb.Buna görə də bölgədəki məktəblərdə mayın 11-dən iyunun 30-dək yay tətili elan edilib.

Qeyd edilib ki, Hindistanda hər il yüzlərlə insan yayda temperaturun artması səbəbindən ölür.

 

Gözəl Həşimova