Hindistan 2014-cü ildən bəri silah və müdafiə məhsulları ixracını 35 dəfə artırıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin Baş nazir Narendra Modi Əhmədabadda keçirilən seçki mitinqində çıxışı zamanı deyib.

“2014-cü ildə Hindistan 72 milyon dollar dəyərində müdafiə təyinatlı məhsullar ixrac edib, indi isə bu rəqəm 2,5 milyard dollardan çoxdur”, -  deyə o qeyd edib .

Qeyd edək ki, Hindistan 85 ölkəyə müdafiə məhsulları tədarük edir.

 

Gözəl Həşimova