Novruz bayramı artıq Azərbaycanın bütün suveren ərazilərində qeyd olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “X” hesabındakı paylaşımında bildirib.

“Bu il Azərbaycanda Novruz bayramı əvvəlkilərdən fərqlidir. Azərbaycanın hərbi işğaldan azad edilmiş bütün suveren ərazilərində və boz zonalarda Novruz Novruz tonqalları ilə qeyd olunur. Deyildiyi kimi, Oyun Bitdi!

Novruz bayramını təbrik edərkən, biz artıq gələn ili Şuşada, Xankəndidə demirik. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş digər torpaqlarda Novruz ruhu iləyik. Yenilənmiş Birləşmiş Millətlər Təşkilatının 2024-cü il tarixli № 3761 xəritəsi uyğun coğrafi adlarla yeni reallıqların ən yaxşı təsviridir!”, - paylaşımda qeyd edilib.