Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivanla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" diplomatik mənbələrinə istinadən məlumat yayıb. 

Görüşdə bir sıra məsələlər, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi də gündəmdə olan məsələlər arasında olub. Bildirilib ki, sülh prosesində əldə olunacaq irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq.