"Ankara terrorla mübarizədə mövqeyi və prinsiplərinə görə NATO ölkələrindən qeyd-şərtsiz dəstək gözləyir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə alyans ölkələrinin xarici işlər nazirlərinin toplantısında türkiyəli jurnalistlərə bildirib.

"Terrorla mübarizə sahəsində NATO ölkələri Türkiyəyə tam və qeyd-şərtsiz dəstək verməlidir. Biz iclasda alyansa üzv olan bəzi ölkələrin terror təşkilatları ilə əməkdaşlıq etməmələrini bildirdik. Biz bunun NATO-nun ruhuna tamamilə zidd olduğunu da qeyd etdik”, - deyə Fidan qeyd edib.

 

Gözəl Həşimova