Güclü tornado ABŞ-nin şəhərlərindən birini xarabalığa çevirib.

İqtisadiyyat.az "Reuters"a istinadən xəbər verir ki, bir neçə nəfər fəlakətin qurbanı olub.

Məlumata görə, təbii fəlakət Ayova ştatında, Qrinfild adlı kiçik qəsəbədə baş verib. Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.

Bildirilib ki, tornado şəhərin böyük bir hissəsini dağıdıb, mərkəzi xəstəxanaya ziyan vurub.

 

Gözəl Həşimova