Azərbaycan multilateralizmi və siyasi dialoqu təşviq etməkdə dünya üçün böyük bir nümunədir.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İrlandiyanın Geneologiya Cəmiyyətinin Prezidenti, XI Qlobal Bakı Forumunun iştirakçısı Frensis Martin O’Donnell söyləyib.

“Qlobal Bakı Forumu qlobal problemlərlə bağlı müzakirələr aparmaq, razılıqlar əldə etmək üçün yaxşı fürsətdir. Eyni zamanda, hökumətlər və beynəlxalq qurumlar üçün faydalıdır. Düşünürəm ki, irəli sürülən təkliflərin, aparılan müzakirələrin nəticələri müsbət olacaq. Hazırda dünya qlobal problemlərlə üz-üzədir. Ən aktual məsələ isə iqlim dəyişikliyidir. İrlandiyanın Atlantik Okeanının sahilində yerləşməsinə baxmayaraq, orada da istiləşmə müşahidə olunur”,- deyə o əlavə edib.