Bu gündən etibarən Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu gündən Bakı Şəhər Halqasının əhatə etdiyi yollarda nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılacaq.