Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Neft Fondu (ARNDF) 1 milyard 975,3 milyon dollar məbləğində valyuta satıb.

İqtisadiyyat.Az Neft Fondundan verilən məlumata istinadən bildirir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

Ötən ay ərzində 423,7 milyon dollar valyuta satılıb və bu ötən ilin aprel ayı ilə müqayisədə 47% azdır.