Finlandiya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, ümumi maliyyənin 10%-i təşkilatın monitorinqi üçün istifadə olunacaq.

Qeyd edək ki, Finlandiya yanvarın 27-də qurumun bir neçə əməkdaşının HƏMAS hərəkatı ilə əlaqədə olması ittihamı fonunda maliyyələşməni dayandırıb. Finlandiya təşkilata hər il 5 milyon avro ayırır.

 

Gözəl Həşimova