Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki hərbi əməliyyatının yaxın bir neçə gün ərzində başlayacağına inanır.

İqtisadiyyat.az xəbər verir ki, o bunu Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində bəyan edib.

"Bir neçə gündən sonra İsrail Rəfah şəhərində hərbi əməliyyata başlayacaq, çünki Qəzzada qalan bütün fələstinlilər oraya toplaşıb: bir məhdud zərbə onların hamısını Fələstin ərazisini tərk etməyə məcbur etmək üçün kifayət edəcək. Bu baş verərsə, qonşu ərəb ölkələri Misir və İordaniyanın fələstinli qaçqınları qəbul etməkdən qətiyyətlə imtina etdiyini nəzərə alaraq, dünya Fələstin tarixindəki ən böyük fəlakətin şahidi olacaq", - Fələstin prezidenti bildirib. 

Çıxışının sonunda Abbas ABŞ-yə "İsraili dayandıra biləcək yeganə ölkə kimi müraciət edərək, İsrailə təsir tələb edib onu Rəfah əməliyyatı planlarından əl çəkməyə məcbur etməsini istəyib.