ABŞ Mərkəzi Bankının (FED) sentyabr ayındakı toplantısından əvvəl faiz göstəricilərini aşağı salması ilə bağlı gözləntilər artıb. “Wall Street Journal”ın anketinə qoşulan 46 iqtisadçının 70%-i sentyabr ayında faiz göstəricilərinin endiriləcəyini desə də, 2 iqtisadçı iyun ayında faizlərin endiriləcəyi fikrini söyləyib.

İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, iştirakçıların 40%-i avqust ayında FED-in faizləri aşağı salacağını gözlədiklərini desə də, 30% isə sentyabr ayını gözlədiklərini bildirib. CME Group-un FED Müşahidə Şurasının hesablamalarına görə, bir faiz endirim gözləntisi iyun ayında 24.2% olduğu halda, iyul ayında bu 84%-dir. FED-in sentyabrda faizləri aşağı salacağını deyənlər isə 5.8%-də qaldı.

Qeyd edək ki, ABŞ Mərkəzi Bankı faiz göstəricilərini dekabr ayından 2.25-2.5% aralığında saxlayıb.