Türkiyə mətbuatı prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərinin təxirə salınmasına aydınlıq gətirib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə T24 məlumat yayıb. 

Nəşr yazır ki, Ərdoğanın ABŞ-yə səfərinin pozulmasının səbəblərindən biri Ankaranın Şimali İraqda planlaşdırdığı hərbi əməliyyatla bağlı fikir ayrılıqları ola bilər. 

T24 həmçinin qeyd edib ki, Türkiyə tərəfinin iqtisadi gözləntiləri də səfərinin təxirə salınmasının bir digər səbəbi ola bilər.