Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına təcavüzünün dayandırılmadığı təqdirdə dünyanın yeni münaqişələrlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.  

İqtisadiyyat.az xəbər verir ki, o bu barədə Ankarada "TRT Haber" telekanalının efirində çıxışı zamanı bildirib. 

"Qərb gücləri İsrailin baş naziri Benyamin Netanyahunu dəstəklədikcə, Fələstindəki qırğın dayandırıla bilməz. Mən açıq şəkildə deyirəm ki, Qəzzada sionist ekspansionizm davam edərsə, dünyamız yeni münaqişələrlə üzləşəcək", - Ərdoğan bildirib.

Türkiyə prezidenti mayın 28-də Fələstini tanımaq niyyətlərini açıqlayan Norveç, İspaniya və İrlandiyaya minnətdarlığını bildirib və Netanyahunun Qəzzada törətdiyi cinayətlərə görə cavab verməsinin vacibliyini bir daha vurğulayıb.