"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC yanında Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ağcabədi rayonunda əkin sahələrinin suvarmasına 7 milyon manatdan artıq vəsait yönəldəcək.

Məlumata görə, Birləşmiş Müdiriyyət 7 milyon 22 minmanat ümumi məbləğdə iki müqavilə imzalayıb.

Birinci müqavilə "Azəri Servis LTD" MMC ilə imzalanıb. MMC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsini suvarma suyu ilə təmin edəcək. Müqavilənin dəyəri 2 milyon 216 min manatdır.

“Muğansutikinti” MMC ilə imzalanan müqavilə Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsini nəzrədə tutur. Müqavilənin dəyəri 4 milyon 810 min manatdır.