Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə APA-ya Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. İclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

Bununla da komissiyanın iclası baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada ölkə rəhbərinə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.