Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Qızıl Şurası ölkələrdə mövcud olan qızılın miqdarı ilə bağlı statistikasını təqdim edib.

Dünyanın nə böyük qızıl ehtiyatına malik dövləti Amerika Birləşmiş Ştatlarıdır. Burada ilk dəfə 1933-cü ildə qızıl fondu yaradılıb. 1946-cı ildə qızıl ehtiyatı ABŞ tarixinin ən yüksək həcminə – 20 min 205 tona çatıb.

Ən çox qızıl ehtiyatına sahib 10 ölkə isə bunlardır:

ABŞ: 8,133 ton

Almaniya: 3,353 ton

İtaliya: 2,452 ton

Fransa: 2,437 ton

Rusiya: 2,333 ton

Çin: 2,192 ton

İsveçrə: 1040 ton

Yaponiya: 847 ton

Hindistan: 801 ton

Hollandiya: 612 ton

Türkiyə: 479 ton

Qeyd edək ki, qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondları mövcuddur.

1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası ölkələrdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır. 

 

Gözəl Həşimova