Qlobal iqtisadi prosesləri bir çox ölkələrin milli valyutasına təsir edir. İqtisadiyyat.Az xəbər verir ki, dünyanın ən dəyərli pul vahidlərini araşdıran “B2Press”-in gəldiyi nəticəyə əsasən, ilk sırada Küveyt dinarı, sonuncu yerdə isə İran rialı yer alıb.

Onlayn PR agentliyi “B2Press”, ölkələrin pul vahidlərini analiz edərək, ən bahalı 10 milli valyutanı açıqlayıb. 5 manat 69 qəpik dəyərilə ilk yerdə Küveyt dinarı olduğu halda, onu Bəhreyn dinarı, Oman rialı, İordaniya dinarı və ingilis funt-sterlinqi izləyib.

“B2Press”-in 2019-un ən dəyərli pul vahidləri siyahısında yer alan ilk 4 ölkənin ərəb yarımadasından çıxması daha çox diqqət çəkib. Digər maraqlı məqam isə ilk onluqda yer alan Kuba pezosu olub. Belə ki, Kubanın milli valyutası olan pezo, ABŞ dolları dəyərində olmaqla, müvafiq olaraq 8 və 9-cu yerlərdə qərarlaşıblar.

Dünyanın ən dəyərsiz pul vahidi olan İran rialını, Vyetnam donqu və İndoneziya rupisi izləyib. Beləliklə ilk onluqda olan dəyərli pul vahidləri bunlardır.

  1. Küveyt dinarı- 5.69 Azn
  2. Bəhreyn dinarı- 4.59 Azn
  3. Oman rialı- 4.50 Azn
  4. İordaniya dinarı- 2.44 Azn
  5. İngilis funt-sterlinqi- 2.23 Azn
  6. Kayman adaları dolları- 2.07 Azn
  7. Avro- 1.93 Azn
  8. ABŞ dolları- 1.70 Azn
  9. Kuba pezosu- 1.70 Azn
  10. İsveçrə frankı- 1.69 Azn

 

Mehman Nəbiyev