Qlobal xam polad istehsalı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5% azalaraq 155,7 milyon tona enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyası (Worldsteel) aprel ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb.

Sözügedən dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı 7,2% azalaraq 85,9 milyon tona düşüb. Yaponiyanın istehsalı 2,5% azalaraq 7,1 milyon tona, ABŞ-nin istehsalı 2,8% azalaraq 6,7 milyon tona, Cənubi Koreyanın istehsalı isə 10,4% azalaraq 5,1 milyon tona enib.

Almaniyanın istehsalının 6,4% artaraq 3,4 milyon tona çatdığı təxmin edilir. Türkiyənin xam polad istehsalı isə aprel ayında 4,5% artaraq 2,8 milyon tona çatıb.

Qlobal xam polad istehsalı bu ilin yanvar-aprel aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 0,9% azalaraq 625,4 milyon tona düşüb.

 

Gözəl Həşimova