Dünyada ikinci əl geyim satışı ötən il 18% artaraq 197 milyard dollara çatıb.

Bu barədə İqtisadiyyat.az “The Guardian”a istinadən xəbər verir.

Məlumata görə, gələn il ikinci əl geyimlərin satışı qlobal moda satışlarının 10%-ni təşkil edə bilər. 2028-ci ilə qədər bu məbləğin 350 milyard dollara yüksələcəyi gözlənilir.

Tədqiqatçılar bu tendensiyanı yaşayış böhranı və alıcıların planetdəki ekoloji vəziyyətlə bağlı narahatlıqları ilə əlaqələndirirlər.

 

Gözəl Həşimova