Keçən il bütün dünyada 306 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir.

Bildirilib ki, ötən il qızılcaya yoluxma halları 2022-ci illə müqayisədə 79% artıb.

Daha dəqiq rəqəmlər əldə etmək üçün BMT-nin səhiyyə agentliyi hər il rəqəmləri modelləşdirir və son hesablamalarına görə, 2022-ci ildə qızılcaya 9,2 milyon insan yoluxub. Onlardan 136,216-sı vəfat edib. Keçən il üçün belə modelləşdirmə isə hələ aparılmayıb.

Xəbərdarlıq edilib ki, dünya əhalisinin yarıdan çoxu ilin sonuna qədər qızılcaya yoluxa bilər.

Təxminən 142 milyon uşağın isə bu xəstəliyə həssas olduğu təxmin edilir.

 

Gözəl Həşimova