Dünya Bankı Azərbaycan iqtisadiyyatının bu il 2,3 %, 2025-2026-cı illərdə isə 2,4 % böyüyəcəyini proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Hesabata görə, ölkədə qeyri-enerji sektorunda artımın bu il 4%-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir.

Bundan əlavə, Azərbaycanda 2024-cü ildə illik inflyasiyanın 3%, 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 4% olacağı gözlənilir.

 

Gözəl Həşimova