Dövlət Statistika Komitəsi elan etdiyi tenderi başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "İNTELLEKT M.A" MMC olub. Qalib şirkətə 25.304,33 AZN ödəniləcək.

Qeyd edək ki, tenderdə iştirak haqqı 100 AZN, predmeti isə Dövlət Statistika Komitəsinin 2023-cü il üçün xərclər smetasının 221100 - “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafı üzrə təsərrüfat mallarının (plastik vedrələrin, antibakterial gellərin, yuyucu və təmizləyici mayelərin, salfetlərin və s.) satın alınması ilə bağlıdır.

Satınalan təşkilatın VÖEN-i: 1300189411

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, İnşaatçılar prospekti 81

Ətraflı: https://www.etender.gov.az/main/competition/detail/285090