“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya dəyişiklik olunacağı gözlənilir”. 

Bunu parlamentin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. 

O bildirib ki, həmin Strategiyaya dəyişikliklər olunması üçün Prezidentin müvafiq tapşırıqları var. 

Nazirin sözlərinə görə, yeni strategiyanın qəbul edilməsi gözlənilir.