Son günlər ölkəmizdə dollara tələbat artıb. Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunur. 

İqtisadçı ekspert Eldəniz Əmirov İqtisadiyyat.az-a açıqlamasında deyir ki, dollara tələbin artması idxal səviyyəsindən asılı olaraq dəyişir.

Onun sözlərinə görə, prosesi şərtləndirən əsas səbəb bilavasitə idxal mallarının həcmi və çeşidinin artmasıdır: "Çünki idxal məhsullarının, demək olar ki, böyük əksəriyyəti məhz dollar qarşılığında ölkəyə idxal olunur".

Ekspert bildirir ki, tələbatın artmasının digər səbəbi isə ölkədə insanlar arasında dolların qalxacağı ilə bağlı ajotajın yaranmasıdır: "Bu iki əsəs amil Azərbaycanda dollara olan tələbatı artırıb. Hesab edirəm, uzun müddətli dövr ərzində bu artım davam etməyəcək. Yəni dollara olan tələbin artımı davamlı olmayacaq".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. 1 avro 1,8323 manata yüksəlib.Türk lirəsinin məzənnəsi 0,0551 manat enib. Rusiya rublu isə 0,0184 manat səviyyəsində qalıb.

Sadiq Cavadov