Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 733,497 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 407,861 mln. manat və yaxud 30,8% çoxdur.

Bu barədə DGK-dan bildirilib. 

Məlumata görə, son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 62,465 mln. manat və yaxud 18,3% artaraq 403,939 mln. manat, ƏDV üzrə daxilolmaların məbləği 284,57 mln. manat və yaxud 31,2% artaraq 1 196,512 mln. manat, aksizlər üzrə daxilolmaların məbləği 57,278 mln. manat və yaxud dəfə artaraq 116,205 mln. manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 2,48 mln. manat və yaxud  17,8% artaraq 16,842 mln. manat təşkil edib.