Cinsi təcavüzdə ittiham olunan "Barselona"nın və Braziliya yığmasının sabiq futbolçusu Dani Alvesin cəzası açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, İspaniya məhkəməsi keçmiş müdafiəçini 4,5 il müddətinə azadlıqdan məhrum edib. Alveş qərara şikayət edə bilər.

Hadisə 2022-ci il dekabrın 30-da Barselonada gecə klubunda baş verib. Alveş 23 yaşlı qıza zorlamada ittiham edilib. O, ötən ayın 20-də nəzarətə götürülmüşdü