“Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra dağıntılar altından çıxarılan və qəyyumu olmayan 1914 uşaq qeydiyyata alınıb. Yoxlamalardan sonra 1808 uşaq ailələrinə təhvil verilib”.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi özünün “Twitter” hesabında xəbər verib.

Bildirilir ki, 71 uşaq dövlət qayğısına götürülüb, onlardan 16-nın şəxsiyyəti hələ də müəyyən edilməyib. Bundan başqa 26 uşaq xəstəxanalarda müalicə alır.

Nazirlikdən o da bildirilib ki, doqquz uşaq xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Dağıdıcı zəlzələlərdə 7,3 min nəfəri əcnəbi olmaqla ümumilikdə 50,8 min nəfər həlak olub.