ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib.

İqtisadiyyat.az xəbər verir ki, məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib. Qadağan olunmuş fəndlərə daxildir:

“Ura-nage”

“Yoko-guruma”,

“Yoko-otoshi”,

“Tani-otoshi”,

“Sode-tsurikomi-goshi”,

“Tomoe-nage’’,

“Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər.

Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərindən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan edilib.