Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, birinci matç günündə iki qarşılaşma baş tutub.

Son çempion "Mançester Siti" Danimarkada "Kopenhagen"i məğlub edib. Digər görüşdə isə Almaniyanın "Leypsiq" komandası azarkeşləri önündə Madrid "Real"ına uduzub.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

00:00 Kopenhagen (Danimarka) - Mançester Siti (İngiltərə) 1:3

Qollar: M.Metson, 34 - K.De Bruyne, 11, B.Silva, 45+1, F.Foden, 90+3

00:00 Leypsiq (Almaniya) - Real (İspaniya) 0:1

Qol: B.Dias, 49