UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, İtaliyanın "İnter" komandası azarkeşləri önündə Madrid "Atletiko"sunu məğlub edib.

Günün digər görüşündə Dortmund "Borussiya"sı Niderlandda PSV-nin qonağı olub. Görüş qollu bərabərliklə başa çatıb.

Bu gün daha iki oyun baş tutub. "Barselona" səfərdə "Napoli" ilə heç-heçəyə razılaşıb. "Arsenal" isə "Portu"ya son dəqiqələrdə buraxdığı qolla məğlub olub. 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

Portu (Portuqaliya) - Arsenal (İngiltərə) 1:0

Qol: Qaleno, 90+4

Napoli (İtaliya) - Barselona (İspaniya) 1:1

Qollar: V.Osimhen, 75 - R.Levandovski, 60