Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli və regional gündəliyə aid məsələləri, Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərini müzakirə ediblər.

***

12:11

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.