Cəlilabad rayonunda piyadavurma hadisəsi baş verib. 

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. 

Belə ki, bacısının əlindən çıxaraq qəfil yola qaçan 5 yaşlı M.S-yevi "VAZ 2107" markalı minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib.

Qeyd edək ki, azyaşlının bu gün ad gününün olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.