Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniya iqtisadiyyatının bu il 0,5% deyil, 0,7% artacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin icraçı direktoru Kristalina Georgiyeva "Sky News" telekanalı tərəfindən Londonda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, krallığın iqtisadiyyatı 2023-cü ilin sonunda qısa texniki tənəzzüldən sonra dirçəlməyə başlayır.

Qurum 2025-ci ildə Böyük Britaniyada iqtisadi artımın 1,5% olacağı gözləyir.

 

Gözəl Həşimova