Bu ilin birinci rübündə Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 326,2 milyon ABŞ dolları dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 32,9 milyon dollar azdır.
Hesabat dövründə MDB ölkələrindən idxal isə 1 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 250 milyon dollar azdır.
Bu ilin 3 ayı ərzində Azərbaycanın MDB ölkələri ilə ticarəti isə belə olub:
MDB ölkələri |
Ticarət dövriyyəsi |
Belarus |
104,4 milyon dollar |
Qazaxıstan |
70,8 milyon dollar |
Qırğızıstan |
23,3 milyon dollar |
Moldova |
1,7 milyon dollar |
Özbəkistan |
35,8 milyon dollar |
Rusiya |
890,7 milyon dollar |
Tacikistan |
1,4 milyon dollar |
Türkmənistan |
96,9 milyon dollar |
Ukrayna |
106,7 milyon dollar |
Gözəl Həşimova