Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.