Bu gün nələr gözlənilir?

İqtisadiyyat.az xəbər verir ki, bu gün Milli Məclisin iclası keçiriləcək. toplantıda 12 məsələnin müzakirəsi nəzərdə tutulub. İclasda Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinləniləcək. 

Bu gün saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev İsmayıllı və Qəbələ sakinləri üçün vətəndaş qəbulu keçirəcək.Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək. Qəbul İsmayıllı rayonu, Heydər Əliyev pr. 51 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu bu gün saat 17:00-dək davam edəcək. 

Azərbaycanın qızlardan ibarət U-17 millisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ikinci oyununu keçirəcək. Rəqib Rumıniya millisidir. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bu gün Moskvada Rusiya, Türkiyə, Suriya və İran müdafiə nazirlərinin və kəşfiyyat idarəsi rəislərinin dördtərəfli görüşü keçiriləcək.görüşün məqsədi problemlərin müzakirələr yolu ilə həllidir.

ABŞ Prezidenti Cozef Bayden ikinci müddətə namizədliyini bu gün elan edə bilər. Bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Ağ Ev Baydenin aprelin 25-də ikinci müddətə namizədliyini elan edəcəyi videomüraciətinin yayımlanmasını nəzərdən keçirir.