Britaniyali milyarder Cim Ratkliff “Mançester Yunayted”in ortaq sahibi olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.

Klub və milyarder arasında fevralın 16-da imzalanmış müqavilə 1,2 milyard funt sterlinq (1,5 milyard dollar) dəyərində qiymətləndirilir.

71 yaşlı Cim Ratkliff  kimyəvi “Ineos” şirkətinin sahibidir. Hazırda onun sərvəti 18,3 milyard dollar dəyərində qiymətləndirilir.