Bir sıra Avropa İttifaqı ölkələri may ayının sonuna qədər Fələstini müstəqil dövlət kimi tanımaq niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyası çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

"Bir neçə Avropa ölkəsinin may ayının sonuna qədər Fələstin dövlətini tanıması gözlənilir", - Borrell bildirib.

Eyni zamanda, Aİ diplomatiyasının rəhbəri hansı ölkələrin bu qərarı verəcəyini dəqiqləşdirməyib.