Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov helikopter qəzası nəticəsində Seyid İbrahim Rəisinin və digər İran rəsmilərinin faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı vermək üçün İranın Sofiyadakı səfirliyində olub.

 xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, diplomat ziyarət çərçivəsində xatirə kitabını imzalayıb və həmkarı ilə görüşüb.