Plenar iclasda BMT Baş Assambleyası İran prezidentinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-dən bildirilib. 

"İndi mən BMT Baş Assambleyasının nümayəndələrini Zati-aliləri Seyid İbrahim Rəisinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə və ayaq üstə durmağa dəvət edirəm", - deyə BMT Baş Assambleyasının 78-ci Sessiyasının prezidenti Dennis Frensis bildirib. 

O, həmçinin İranın BMT-dəki daimi nümayəndəsindən Baş Assambleya adından hökumətə, İran xalqına və mərhum prezidentin ailəsinə başsağlığı verməsini istəyib.