“Bir” ekosistemi “Money 20/20 Europe” tədbirində - PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır

Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan “Money 20/20 Europe” forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan “Bir” ekosisteminin fintex şirkəti “PashaPay” ölkəmizi təmsil edir. 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə “PashaPay” öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir.
Xəbərlər yüklənir...









