İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi özəlləşdirilib.

İqtisadiyyat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hərraclar rəqabətli keçib. Belə ki, start qiyməti 2.000 manat olan “Tofaş Şahin” markalı avtomobil 4 600 manata, 3 500 manat olan “Hyundai Getz” markalı nəqliyyat vasitəsi isə 5 200 manata satılıb. Bununla yanaşı, hərracda "Biləsuvar Broyler" ASC-nin 30,08 %-lik səhm paketi satılıb.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərrac mayın 29-da keçiriləcək. İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.