Beynəlxalq turizm və səyahət sektorunun ümumi daxili məhsula (ÜDM) verdiyi töhfənin bu il pandemiyadan əvvəlki səviyyələrə qayıtması gözlənilsə də, bəzi çətinliklərin davam etdiyi bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumu (WEF) 119 ölkənin səyahət və turizm sektorlarını təhlil edən "Səyahət və Turizm İndeksi 2024" hesabatını dərc edilib.

Məlumata görə, bu il COVID-19 səyahət maneələrinin qaldırılacağı və pandemiya dövründə gecikmiş tələbatın turizm sektorunda güclü şəkildə əks olunacağı proqnozlaşdırılır. Bununla belə, sektorun inkişafı ölkədən ölkəyə dəyişir.

Beynəlxalq turizm və səyahət sənayesi pandemiyanın yaratdığı qlobal səhiyyə böhranının şokunu dəf etsə də, hələ də makroiqtisadi problemlər, geosiyasi və ekoloji risklər, süni intellekt kimi yeni rəqəmsal texnologiyaların təsiri kimi problemlərlə üzləşir.

 

Gözəl Həşimova