Biləsuvar rayonu Xırmandalı Bələdiyyəsinin sədri Əli Xeyrəddin cərimələnib.

İqtisadiyyat.az xəbər verir ki, buna onun Ədliyyə Nazirliyinə bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etməməsi səbəb olub.

Buna görə də bələdiyyə sədrinə İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib. İş hakim Nüsrət Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunan maddədə deyilir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Burada orqan dedikdə Ədliyyə Nazirliyi nəzərdə tutulur.