"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne gələcəyi ilə bağlı qərar verib.

İqtisadiyyat.az Britaniya mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu klubu ilə müqaviləsini uzatmaq və karyerasını 35 yaşında başa vurmaq variantını nəzərdən keçirir.

De Brüyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Bu mövsüm De Brüyne bütün turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub və 8 qolun ötürməsini verib