Birləşmiş Ştatlar bu Karib ölkəsində asayişin bərpasına kömək etmək üçün Haitiyə qoşun göndərmək niyyətində deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

"Haiti ilə bağlı belə bir nəticəyə gəlmək olar ki, Birləşmiş Ştatların bu ölkəyə qoşun yeritməsi yalnız bizimlə razılaşmayanlar tərəfindən asanlıqla təhrif oluna biləcək hər cür suallar doğuracaq. Bu, inanmıram ki, Haiti və ABŞ-nin maraqlarına uyğun olsun", - deyə Amerika lideri keniyalı həmkarı Uilyam Ruto ilə Ağ Evdə keçirilən ikitərəfli danışıqların sonunda birgə mətbuat konfransında çıxış edərkən bildirib.