"Gəncə Regional İdarəsi Gəncə şəhəri daxil olmaqla Samux, Göygöl, Daşkəsən və Kəlbəcər rayonlarına aid müxtəlif satınalan dövlət qurumlarını kənd təsərrüfatı və ərzaq məhsulları ilə təchiz edir"

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün "Açıq qapı" günü təşkil edən zaman ATT-nin Tədarük və Təchizat departamentinin direktoru Rəşad Kərimov deyib.

Onun sözlərinə görə, bu qurumlar içərisində böyük üstünlüyü baxçalar təşkil edir.

"Belə ki, region üzrə 92 baxçanı qida məhsulları ilə təchiz edirik. Təchizat prosesi hər müəssisənin tələbnaməsinə uyğun olaraq ay ərzində iki dəfə 3 gün müddətində baş tutur və ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxxəssislər tərəfindən yoxlamadan keçirilir".