Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?

"Ölkənin müxtəlif ərazilərində, xüsusilə, paytaxt Bakı və ətraf ərazilərdə yüzlərlə yaşayış massivləri, kənd və qəsəbələr mövcuddur. Bu ərazilərdə yüz minlərlə fərdi yaşayış evi inşa edilib. Fərdi yaşayış evləri inşa edilərkən mütləq şəkildə həmin ərazinin relyefi, ekoloji durumu qiymətləndirilməlidir. Bundan sonra yaşayış massivlərinin salınmasına icazə verilməlidir. Vətəndaşlar özləri də fərdi yaşayış evi inşa edərkən mütləq həmin ərazinin ekologiyasını nəzərə almalıdırlar. Bu gün Bakı ətrafı ərazilərdə, xüsusilə Abşeronda yaşayış üçün qadağan olunmuş ərazilərdə tikilmiş fərdi həyət evləri birbaşa təhlükə mənbəyidir. Məsələn, Abşerondan vulkanik dağların ətrafında yaşayış massivləri tikilib. Həmin ərazidə istənilən zaman vulkan püskürə, böyük fəlakətlə nəticələnə bilər".
Xəbərlər yüklənir...









