Xəbər verdiyimiz kimi, aprelin 27-də Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, təltif edilənlər arasında "Bafco İnvest" MMC-nin təsisçisi Məmmədov Emin Ruslan oğlu da var.

O, Azərbaycanın iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Bafco Invest" MMC 2023-cü ildə "Ağdam Sənaye Parkı"nın rezidenti statusunu alaraq, Ağdam şəhərində beynəlxalq standartların tələblərinə uyğun olan xüsusi qoruyucu işçi ayaqqabıları və qoruyucu poliuretan çəkmələrin istehsalı istiqamətində müvafiq işlərə başlayıb. Sənaye parkının 1,3 hektarlıq ərazidə inşa olunan müasir fabrik ildə 510 min cüt müxtəlif ayaqqabı istehsal etmək gücünə malikdir. "Made in Azerbaijan" adı altında istehsal edilən ayaqqabıların daxili bazarda satılması ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulub.